Tələbə təşkilatı

 

IMG-20160420-WA0000Cənnətəliyev Vüsal Hüsaməddin oğlu – 27 avqust 1995-ci ildə Bərdə şəhərində anadan olub. 2001-ci ildə Bərdə şəhər F.Muradov adına 7 saylı məktəbə gedib. 2012-ci ildə həmin məktəbi bitirib. 2013-cü ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarətetmə fakültsəsinin Menecment ixtisasına qəbul olub. Hal-hazırda həmin universitetdə oxuyur. Fakültə Elmi Şurasının üzvüdür.

 

 

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya İttifaq) ) Azərbaycanın 105 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir .

ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökümət təşkilatıdır. İttifaqın əsası noyabrın 20-i 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar,incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.

Məqsəd

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının məqsədi:

  • Ali və orta ixtisas təhsili müəssisələrində təhsilin inkişafına kömək göstərmək;

  • Tələbələrin maraqlarını təmsil və müdafiə etmək,

  • Respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək;

  • Tələbələrin hüquqlarını müdafiə etmək;

  • Tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaqdır.

Tarix

ATGTİ-nin tarixi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbəri Akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq olunması ilə başlanmışdır. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən 28 fevral 2005-ci il tarixli 89 saylı əmr hazırlanmış və Respublikanın bütün ali və orta ixtisas təhsili müəssisələrinə göndərilmişdir. Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsini təmin etmək məqsədilə 2005-ci ilin may ayında Gənclər, İdman və Turizm Nazirliyi (indiki Azərbaycan Gənclər və İdman Nazirliyi) və Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatlarının Əsasnaməsi”ni təsdiq etmişlər. Beləliklə,TGT-lərin yaradılmasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yaxından iştirak etmişdir. 2007-ci ildə isə Əsasnamə yenidən işlənərək hər iki nazirlik tərəfindən təsdiq olunmuş ali və orta ixtisas təhsili müəssisələrinə paylanılmışdır. 2009-cu il may ayının 1-dən iyunun 4-dək dövlət və özəl ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının hesabat-seçki konfransları keçirilmişdir. Bu konfranslarda ötən müddət ərzində təşkilatın gördüyü işlər barəsində hesabatlar dinlənilmiş, onların fəaliyyətlərinə qiymət verilmiş, sədr və sədr müavinləri seçilmiş, yeni tərkibdə İdarəetmə Şurası, Nəzarət-Təftiş Komissiyası formalaşdırılmışdır. Hesabat-seçki konfranslarında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı təsis qurultayında iştirak etmək üçün 40 ali təhsil müəssisəsi və onların filiallarından 300 nəfər nümayəndə seçilmişdir. 2009-cu il noyabrın 20-də 2009-cu il tarixdə 26-sı dövlət, 14-ü özəl 40 ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatı birləşərək Bakı şəhərində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını təsis etmişdir. Təsis qurultayının açılışında prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə təqdim etmişdir. Məktubda ATGTİ-nin vətəndaş cəmiyyətinin mühüm üzvlərindən birinə çevriləcəyinə əminlik ifadə olunurdu . Qurultayda Prezident Aparatının (PA) rəhbəri Ramiz Mehdiyev çıxış edərək, bildirmişdir ki, bu gün Azərbaycan gənclərinin həyatında tarixi bir gündür, 200 minlik tələbə ordusu vahid qurum şəklində fəaliyyətə başlayır: “Bu təşəbbüs bizim üzərimizə böyük öhdəliklər qoyur”