Tələbə Elmi Cəmiyyəti

?????????????

Gəncə Dövlət Universiteti , “ İqtisadiyyat və idarəetmə “fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllimi  R . Abbasov

 

Məlumdur ki, “ İqtisadiyyat və idarəetmə “ fakültəsində tələbələrin elmi dünyagörüşlərinin artırılması öndə duran məsələlərdənir. Fakultə daxilində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti də bu səpgidə görülən işlərə yaxından kömək edir. Hər tədris ilində olduğu kimi cari tədris ilində də TEC – in iş planı və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılmışdır. 2015/2016 ilində də  TEC  tələbələrdə elmə olan maragı , münasibəti yaxşı istiqamətdə dəyişməyi qarşısında əsas məqsəd kimi qoymuşdur.  TEC-in  qəbul edilmiş iş planında gələcək dövrlərdə görüləcək işlərin siyahısı , təşkili vaxtları göstərilmişdir.

Qeyd etməliyik ki, TEC hər birinci və ikinci yarımildə fakültə elmi şurasına hesabat verir. Hesabatda tələbə və magistrantlar ilə  elmi rəhbərləri arasında  aktiv iş mühitinin yaradılması , həmçinin onların elmi tədqiqat işlərinin seçilməsinə nəzarət etmək, bu sahədə elmi- tədqiqat işlərinə rəhbərlik edənlərlə müzakirələr aparmaq , fakültə TEC üzvləri ilə müntəzəm elmi seminarlar keçirmək , fakültə daxili və fakültə xarici müxtəlif müntəzəm  bilik yarışlarını keçirmək , planlaşdırılmış işlər və  onların icrasına nəzarət etmək kimi məsələlər açıqlanmışdır.

Hamıya məlumdur ki,  TEC –in əsas vəzifələrindən biri tələbələrin elmi tədqiqat işlərinin üzə çıxarılmasını təmin etməkdən ibarətdir. 2015/2016 cü tədris ilində universitetimizdə keçirilmiş elmi konfransında fakultəmizin 3 tələbəsi yüksək yerlərə layiq görülmüşdür. Iki tələbəmiz ikinci yeri, bir tələbəmiz isə üçüncü yeri tutmuşdur. Onların elmi məqalələri  Universitetin nəzdində nəşr edilmiş tələbə və magistrantların elmi məqalələri toplusunda dərc olunmuşdur. Cari tədris llində də fakültənin tərkibində tələbələrin elmi məqalələrinin siyahısı ,elmi rəhbərləri, seçdikləri mövzular müəyyənləşdirilmiş və TEC – ə təqdim edilmişdir.  Bu istiqamətdə fakültədə elmi seminarlar təşkil edilmişdir.  Burada prof. D.İsayevin, dos. M. Məmmədovun, Z Abbaso-vun, O. Məmmədovun, Y. Abbasovun, Ş. Xurşudovun və digər müəllimlərin rəhbərlik etdikləri tələbələr fəallıqları ilə seçilmişlər.

Fakültə Tələbə Elmi Cəmiyyətinin yerinə yetirdiyi işlər sırasında Universitet  və fakültə daxilində həyata keçirilən ( bu yarışlar hər il həyata keçirilir.) ixtisas  bilik yarışlarının böyük önəmi vardır. Keçirilən bilik yarışlarında əsas məqsəd tələbələrin elmə olan münasibətlərini bir daha  dəyişmək olmuşdur.Belə ki,keçirilmiş bilik yarışında fakultənin ən bilikli tələbələri yüksək yerlərə layiq görülmüşdür. Onlara mükafatlar və diplomlar təltif  olunmuşdur.

2015/2016 – cü tədris ilində də tələbələrimiz Respublikada keçirilən “Vergi” olimpiadasında iştirak etmişlər.Tələbələrimizin orada göstərdikləi nəticələr əvvəlki illərə görə daha yaxşı olmuşdur.

Cari tədris ilində də tələbələrimiz yenə müxtəlif bilik yarışlarında öz biliklərini nümayiş etdirmişlər. Onlara nümunə olaraq “ Xəmsə”, “Mən Azərbaycanlıyam” kimi televerlişlərini göstərmək olar.

2015 – cü ildə də fakültədə TEC-in növbəti yığıncağı olmuşdur. 2015 –cu il oktyabr  ayında  keçirilən  iclasın gündəlik məsələlərindən biri   TEC – in gələcək fəaliyyəti, qarşıda duran vəzifələr və onların həlli istiqamətlərindən ibarət olmuşdur.. İclasda  TEC – in iş planının geniş-ləndirilməsi istiqamətində müxtəlif fikirlər irəli sürüldü

Bu gunlərdə fakültə TEC-i öz işini davam etdirməkdədir.

Gəncə  Dövlət  Universiteti  İqtisadiyyat və İdarəetmə fakültəsi

Tələbə Elmi Cəmiyyətinin  2015/2016 – ci illər üçün

İŞ PLANI

Sıra № si Görüləcək işlərin qısa məzmunu Icra vaxtı Icraya məsul şəxs
1. 2. 3. 4.
1. Fakültə üzrə  TEC – in yeni heyətinin seçkisi

 

noyabr  2015 Fakultə dekanı , fak. TEC -in sədri
2. Fakultənin İqtisadiyyat və İdarəetmə kafedralarını TEC xətti ilə aparılan işlərə cəlb edilməsinin gücləndiril-məsi Oktyabr 2015 Fak. Elmi şurası,TEC sədri
3. Tələbə və magistrantlar ilə onların rəhbərləri arasında elmi aktiv iş mühitini genişləndirmək Il ərzində Kaf . müdirləri, fakultə TEC sədri , elmi rəhbərlər
4. Tələbə və magistrlərin , gənc tədqiqatçıların elmi- tədqiqat işlərinin və onların rəhbərlərinin müəyyənləşdirilməsi və onların gedişatına nəzarət etmək Noyabr  – Dekabr

2015

Kaf . müdirləri, fakultə TEC sədri , elmi rəhbərlər, TEC –in üzvləri
5. Tələbələrin elmi məqalələrinin ha- zırlanmmasında  onlara yaxından kömək etmək və həmin məqalələrin gənc tədqiqatçıların elmi məqalələri toplusunda nəşrinə nail olmaq Dekabr 2015,

Aprel 2016

Universitet TEC nin  sədri, elmi hissə , TEC sədri
6.  Universitet və fakultə daxilində konfranslar təşkil etmək,  rayon, şəhər və Respublika daxillində keçiriləcək elmi konfraslarda iştirak etmək Il ərzində, (mart 2016-ci ildə ) TEC –in üzvləri,

TEC sədri, elmi hissə

7.  Fakutə daxilində və Universitet səviyyəsində  keçiriləcək bilik yarışlarını, olimpiadaları təşkil etmək və orada yaxşı təmsil olunmaq Aprel – May 2016 TEC sədri, TEC –in üzvləri, fak. Dekanlığı
8. Fakultə TEC – nin iştirakı ilə daim  elmi seminarlar keçirmək Hər tədris ilinin I və II yarısında azı bir dəfə Kafedralar, TEC sədri
9. TEC –in fəaliyyəti barədə fakultə dekanlığına , Universitet TEC – nin sədrinə müntəzəm hesabat vermək Dekabr – yanvar 2015, may – iyun 2016 TEC –in üzvləri,

TEC üzvləri

Fakultə TEC –nin sədri :              b/m  müəl. R.Abbasov

İş planı fakultə Elmi Şurasının  ____________ 2016  – cı il tarixli __ saylı protokolu ilə təsdiq olunmuşdur.