Bizim haqqımızda

 img_2982k-4k-3

                                                                      İqtisadiyyat və idarəetmə fakültəsi

 

Gəncə Dövlət Universitetinin İqtisadiyyat  və idarəetmə fakültəsi  27.07.2007-ci ildə yaradılmışdır..Hazırda fakültənin dekanı i.f.d.,dossent  Şahin Nadir oğlu Xurşudovdur

Fakültədə bakalavr səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

1.050404-İqtisadiyyat

2.050402-Mühasibat uçotu və audit

3.050407-Menecment

4.050409- Biznesin idarə edilməsi

5.050410- Dövlət və bələdiyyə idarəetməsi

6.050810-Turizm və otelçilik

 

İndiyədək fakültənin bakalavr səviyyəsində 722 nəfər məzunu olmuşdur.Hazırda fakültədə bakalavr səviyyəsində  730 nəfər tələbə təhsil alır. 2017/2018-ci tədris ilində onlardan 156 nəfərin məzun olacağı gözlənilir.Fakültədə tədris prosesi Azərbaycan Respublikası Təhsil Nazirinin 05.08.2009-cu il tarixli 952 saylı əmri ilə təsdiq olunmuş Ali İxtisas Təhsilinin Dövlət Standartları 2014/2015-ci tədris ilindən etibarən universitetə qəbul olunanlar üçün isə Azərbaycan Respublikası Təhsil Nazirinin 22.08.2014-cü il tarixli 913 saylı əmri ilə təsdiq edilmiş Ali Təhsil pilləsinin Dövlət Standartları əsasında qurulmuşdur.İxtisaslar üzrə tədris planlarının və işçi tədris planlarının  tərtibində Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  24.12.2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları “nın tələblərinə riaət edilmişdir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə magistrlər hazırlanır

1.060404-İqtisadi nəzəriyyə;

2.060404-İqtisadiyyatın hüquqi tənzimlənməsi;

3.060402-İstehsal sferasında mühasibat uçotu;

4.060407- Menecment(sahələr üzrə);

5.060409- Biznesin idarə edilməsi;

6.060410-Dövlət qulluğunun təşkili və idarə edilməsi.

Fakültənin fəaliyyətinə onun Elmi Şurası və Şuranın sədri-dekan (i.f.d.,dos.Ş.N.Xurşudov) rəhbərlik edir.Fakültə Elmi Şurasının tərkibi 13 nəfərdən ibarətdir.( 7 nəfər i.f.d.,dossent; 1 nəfər t.f.d.,baş müəllim; 4 nəfər baş müəllim; 1 nəfər tələbə).Elmi Şura Kafedralar haqqında əsasnamə qəbul edir; fakültənin strukturunu təsdiq edir;gizli səsvermə yolu ilə fakültə dekanını seçir; dekanın illik hesabatını dinləyir və onun fəaliyyətini qiymətləndirir; kafedra və ETL-in illik elmi tədqiqat hesabatını müzakirə və təsdiq edir; fakültənin tədris və elmi  fəaliyyətini, beynəlxalq əlaqələrini və digər fəaliyyətlərini idarə edir; kadr məsələlərinə baxır, müsabiqə və müqavilə əsasında elmi-pedaqoji vəzifələrə namizədlərin seçilməsini həyata keçirir; professor, baş elmi işçi vəzifələrinə seçilmək üçün GDU-nun Böyük Elmi Şurasına təkliflər verir; elmi adların verilməsi haqqında GDU Böyük Elmi Şurasına təkliflər verir; GDU Elmi Şurasına nümayəndələri seçir.

Fakültədə iki kafedra fəaliyyət göstərir.Bunlardan biri İqtisadiyyat kafedrası adlanır.Kafedranın müdiri dosent Əhmədov Zakir Talıb oğludur. Bu kafedra bakalavr səviyyəsində iki ixtisas üzrə:

1.050404-İqtisadiyyat;

2.050402-Mühasibat uçotu və audit;

magistratura səviyyəsində isə üç ixtisas üzrə:

1.060404-İqtisadi nəzəriyyə;

2.060404-İqtisadiyyatın hüquqi tənzimlənməsi;

3.060402-İstehsal sferasında mühasibat uçotu ixtisasları üzrə mütəxəsis hazırlıqlarına görə məsuliyyət daşıyır.2016-2017-cı tədris ilində kafedranın tədris yükü 10952 saat təşkil edir.Kafedrad 20 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Kafedrada  bakalavr səviyyəsində 38, magistratura səviyyəsində isə 40 fənn pasportlaşdırılmışdır.

İkinci kafedra İdarəetmə kafedrası adlanır. Kafedranın müdiri i.f.d. dosent Zakir Qəşəm oğlu Abbasovdur. Hazırda kafedra bakalavr səviyyəsində dörd ixtisas üzrə:

1.050407-Menecment;

2.050409- Biznesin idarə edilməsi;

3.050410- Dövlət və bələdiyyə idarəetməsi;

4.050810-Turizm və otelçilik;

magistratura səviyyəsində isə üç ixtisas üzrə:

1.060407- Menecment(sahələr üzrə);

2.060409- Biznesin idarə edilməsi;

3.060410-Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları üzrə mütəxəsis hazırlanmasına məsuliyyət daşıyır.

Kafedranın tədris yükü 2016/2017-ci tədris ilində 11682 saat təşkil edir.Kafedrada 21nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Kafedraya bakalavr səviyyəsində 66, magistratura səviyyəsində isə 40 fənn pasportlaşdırılmışdır.

Fakültədə tədris prosesi, həmçinin tələbələrin vətəndaşlıq ruhunda tərbiyyə edilməsi yüksək səviyyədə qurulmuşdur. Bunun nəticəsidir ki, tələbələr universitet, şəhər və respublika miqyasında keçirilən bilik yarışmalarında aktiv şəkildə iştirak edir və əksər hallarda birinci yeri tuturlar. Fakültə universitet və şəhər miqyaslarında keçirilən kütləvi sosial-siyasi tədbirlərin də aktiv iştirakçısıdır.Fakültədə xalqımızın tarixi bayramların və bu bayramların fəlsəfəsi tələbələrə aktiv şəkildə izah edilir və fakültə miqyasında onlara həsr edilmiş tədbirlər keçirilir.Bunlarla bərabər xalqımızın azadlıq mübarizəsi yolunda verdiyi qurbanların və faciərin xatirəsi də hörmətlə yad edilir və onlara həsr olunmuş kütləvi tədbirlər keçirilir. Bütün bunlar ümümi təlim-tərbiyə prosesi ilə birlikdə tələbərin milli ruhda hərtərfəli yetişdirilmiş mütəxəssis kimi formalaşmasına gətirib çıxarır. Məhs bu səylərin nəticəsində fakültənin tələbələri Dövlət qulluğuna və digər məsuliyyətli işlərə məmuniyyətlə qəbul edilir, iş tapmaqda çətinlik çəkmir və öz kariyeralarını uğurla inkişaf etdirirlər.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir