Operator

Operator

?????????????

?????????????

Qədimova Elyanora Həmid qızı 16 avqust 1951-ci ildə Azərbaycan Respublikasının  Gəncə şəhərində anadan olmuşdur.1958/1959-cu tədris ilində Bağmanlar qəsəbəsindəki 2 nömrəli səkkizillik məktəbin birinci sinfinə daxil olmuş, 1966-cı ildə həmin məktəbin VIII sinfini bitirib, şəhərin 1 nömrəli orta məktəbinin IX sinfinə köçürülmüşdür.1968-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.

1968-ci ildə şəhərdəki Qənnadı sexində əmək fəaliyyətinə başlamışdır.1970/1971-ci tədris ilində Gəncə Dövlət Pedaqoji Unstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, 1970-ci ilin sentyabr ayından 1974-cü ilin avqust ayınadək Azərbaycan Elmi-tədqiqat  Pambıqçılıq İnstitutunun filialında laborant  vəzifəsində işləmiş və iş yerlərinin ixtisarı ilə bağlı olaraq vəzifəsindən azad olunmuşdur.1974-cü ildən Gəncə Dövlət Universitetində işləyir. Hazırda universitetin İqtisadiyyat və idarəetmə fakültəsində operator vəzifəsində çalışır.

Universitetdə işlədiyi müddətdə səmərəli fəaliyyətinə görə dəfələrlə rektorluğun “ Təşəkkürünə” , “ Fəxri fərmanlarına” layiq görülmüşdür.