Tyutorlar

Tyutorlar

?????????????

?????????????

Qazıyeva Gülsəba Fiqan qızı 1973-cü il mart ayının 17-si Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur.

1980-ci ildə  Gəncə şəhər 16 saylı  orta məktəbin 1-ci sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.

1990-cı ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinin “ Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına daxil olmuşdur. 1995-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1995-ci il dekabrın 7-də təyinatla Gəncə Təcrübəvi İstixana Kombinatına gələrək əvvəlcə əmək haqqı üzrə iqtisadçı , sonra isə mühasib kimi fəaliyyət göstərmişdir. Müəllimlik sənətinə həvəsimlə əlaqədar 1998-ci il sentyabr  ayının 1-dən Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. Hal hazırda həmin kafedrada baş müəllim işləyir.

Azərbaycan Respublikasında  “Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar ali və orta ixtisastəhsili müəssisələrində “Mühasibat uçotu və audit” ixtisası üzrə kadr hazırlığına dair tədbirlər planına əsasən Təhsil nazirliyi və Maliyyə nazirliyinin birgə təşkil etdikləri treyninqlərdə dəfələrlə müvəffəqiyyətlə iştirak etmiş, “ Milli Mühasibat Uçotu Standartlarının Maliyyə Hesabatının  Beynəlxalq Standartlarına ( IFRS) uyğunlaşdırılması istiqamətləri ” üzrə Sertifikat almışdır. Xəzər  Universiteti “ İqtisadi və Biznes Tədqiqatlar və Təhsil Mərkəzinin (İBTTM) “ Büdcə məktəbi ”  layihəsi çərçivəsində Dövlət büdcə, dövlət xərcləri və neft gəlirlərinin iqtisadiyyata təsiri  Sertifikatına , İKT-nin təhsilə tətbiqi üzrə İntel “ Gələcək Üçün Təhsil” Sertifikatına malikdir.

Elmi maraq dairəsi sahibkarlığın inkişaf etdirilməsi yönündə məsələlər və elmi-tədqiqat işləri  “ Dövlətin maliyyə siyasətinin səmərəliliyə təsiri ” mövzusunda olub. “Vençur kapitalı və sahibkarlığın inkişafı”; “Sahibkarlıq fəsaliyyətinin formalaşmasında dövlət nəzarətinin təkmilləşdirilməsi ”; “Milli bazar:reallıq və problemlər”;“Sahibkarlıq fəsaliyyətinin inkişafında vergi sisteminin təkmilləşdirilməsinin zəruriliyi ”; “ Azərbaycanda sahibkarlığın inkişafına dövlət köməyi və qayğısı” ; “ Dövlət büdcəsi-dövlətin iqtisadi siyasətinin reallaşmasının əsası kimi; “ Vergi sisteminin təkmilləşdirilməsi ” və s.  elmi məqalələri var.

?????????????

?????????????

Allahverdiyeva Ziyafət Cəmil qızı

Allahverdiyeva Ziyafət Cəmil qızı 1973-cü  il noyabrayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Gəncə şəhəri  Nizami rayonu 16№-li orta məktəbin 1 sinfinə daxil olmuş və  1990-cı ildə həmin məktəbi fərqlənmə qiymətlərlə bitirmişdir. 1990-cı ildə Gəncə şəhərində AKTA-na  İqtisadiyyat fakültəsinin «Mühasibat uçotu və maliyyə nəzarətinin təşkili» ixtisasına daxil olmuş və  1995-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.

1999-cu ildə Gəncə şəhərində Azərbaycan Pedaqoji İnstitutunun İqtisadiyyat kafedrasına laborant vəzifəsinə daxil olmuşdur. Həmin ildə kafedranınkabinə müdiri vəzifəsinə keçirilmişdir. Bu vəzifədə çalışdığı müddətdə kafedrada saat hesabı  seminar məşğələləri aparmışdır. 2003-cü ildə İqtisadiyyat kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə baş müəllim vəzifəsinə keçirilmişdir.  Hal-hazırda Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında baş müəllim vəzifəsində çalışır. Ailəlidir. 3 evladı var. YAP-ın üzvüdür.

Əlizadə Könül Əsgər qızı

 

20160330_145648

 

 

Əlizadə Könül Əsgər qızı 26 sentyabr 1975-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1982-ci ildə Gəncə şəhər    4 saylı orta  məktəbinə daxil olmuş və 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1995-ci ildə Əlizadə Könül Əsgər qızı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olunmuş və Ümumi iqtisadiyyat fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasının bakalavr pilləsin ibitirmiş. Sonra ,o, 2007-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat istiqaməti üzrə “İqtisadi nəzəriyyə” ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini almışdır. 1996-cı ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında böyük laborant vəzifəsində çalışmışdır. O, hər il  saat hesabı ilə dərs aparmış, habelə Universitetin ElmiŞurasının qərarı ilə rus dilində mühazirələr də aparmışdır. Hal-hazırda,o, İqtisadiyyat kafedrasının müəllimidir.8 elmi məqalənin müəllifidir. Əlizadə Könül Əsgər qızı rus və ingilis dillərini yaxşı bilir və kompyüterdə işləyir. O, YAP-ınüzvüdür.

 

 

 

 

 

İbrahimova Rəhmiyyə Ramiz qızı

20160412_143400

2000-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadi biliklər” ixtisasına daxil olub, 2004-cü ildə bitirmişdir. 2004-cü ildə İqtisadi nəzəriyyə üzrə magistrlik pilləsinə daxil olub 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. İqtisadiyyat və İdarəetmə fakültəsi yaradıldıqdan sonra isə İdarəetmə kafedrasında işləmək üçün tam  ştat vahidi ilə müəllim vəzifəsinə təyin edilmişdir.

Müəllimlik fəaliyyəti dövründə üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmiş və özünü intizamlı bir müəllim kimi göstərmişdir. Rəmiyyə müəllimə apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir. Həmçinin “Statistika nəzəriyyəsi”, “Sosial-iqtisadi statistika”, “Gömrük işinin təşkili və idarə edilməsi” , “Milli iqtisadiyyatın tənzimlənməsi”, “Kapital və işçi qüvvəsinin miqrasiyası”proqramlarını hazırlamışdır.

İşlədiyi müddətdə onun 28 elmi məqaləsi, keçirilmiş elmi konfranslarda tezisi çap olunmuşdur.  2013-ci ildən İbrahimova Rəhmiyyə  ADAU –da dokturantdır. Xarici dil və fəlsəfədən minimumları vermişdir. Hal-hazırda kafedranın baş müəllimidir, YAP-ın üzvüdür.