Tədris işləri üzrə dekan müavini

1Tədris işləri üzrə dekan müavini

Allahverdiyev Əli Aydın oğlu

1958-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonun Dəmyə-Görarxı kəndində anadan olmuşdur.

1976-cı ildə Azərbaycan Dövlət iqtisad Universitetinin (o vaxt ki, Azərbaycan Xalq Təsərrüfatı İnstitunun)sənayenin iqtiadiyyatı fakültəsininə qəbul olmuş və 1980-ci ildə həmin fakültəni “Sənayenin planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Universiteti bitirdikdən sonra, təyinatla Gəncə(o vaxrki Kirovabad) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Şəhər Plan Komissayasına, iqtisadçı vəzifəsinə göndərilmişdir və 1984-cu ilədək həmin vəzifədə işləmişdir. Bu müddət ərzində hərbi xidmətdə də olmuş, hazırda ehtiyatda olan zabitdir.

1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Texnologiya Universitetinin “Sənayenin iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasına assistent vəzifəsinə seçilmiş, sonradan həmin kafedrada baş müəllim və dosent vəzifəsində işləmişdir.

Elmi fəaliyyətdə 1986-cı ildən başlamış və bu fəaliyyət planlı təsərrüfat mexanizmi şəraitində təsərrüfat hesabının inkişafından başlayaraq bazar təsərrüfat mexanizminin əsas institutlarının yaradılması və inkişaf etdirilməsinə dək olan dövrün aktual problemlərinə həsr edilmişdir. Bu problemlərə aşağıdakı elmi məqalələrm həsr edilmişdir.

1.Yüngül sənayenin idarə edilməsinin təsərrüfat mexanizminin təkmilləşdirilməsi

2.Yeni təsərrüfat mexanizminin formalaşdırılmasının əsas ilkin şərtləri

3.İcarə şəraitində mülkiyyət məsələlərinə dair

4.Tam təsərrüfat hesabı şəraitində şəraitində müəssisələrin texniki və təşkilati inkişafın problemləri (monoqrafiya)

5.Dövlət mülkiyyətinin özəlləşdirilməsinin əsas isitqamətləri

6.Bazar təsərrüfat mexanizminin yaradılmasında kiçik biznesin rolu.

7.Menecment –müasir bazar təsərrüfat mexanizminin mühüm institutu kimi və s.

Dəfələrlə SSRİ-nin Moskva və Sankt-Peterburq şəhərlərində elmi seminarlarda, konfranslarda iştirak etmiş, ixtisasartırma kurslarında olmuşdur.

Nəhayət o, 1990-cı ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetində (o vaxtın Leninqrad Maliyyə-İqtisad İnstitutu) “İnkişafın təsərrüfat hesablı formaları və sənaye müəssisələrinin fəaliyyətinin qitmətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru (o vaxt, iqtisad elmləri namizədi) alimlik dərəcəsi almışdır.

Dos.Əli Allahverdiyev 2007-2010-cu illərdə Azərbaycan Texnologiya Universitetində “Biznesin idarə edilməsi”kafedrasının müdiri, 2010-2012-ci illərdə isə “Menecment” kafedrasının müdiri vəzifələrində işləmişdir. O, 2012-ci ilin sentyabrında etibarən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini  vəzifəsində çalışır. Hazırda strateji menecment və İnsan resusrları menecmenti sahələrində tədqiqatlar aparır, 40-dan çox elmi və elmi-metodiki əsərin müəllifidir. Fakültədə Menecment, Strateji menecment və İnsan resusrlarının idarə edilməsi fənlərindən mühazirə dərsləri aparır.

Əsas hobbisi balıqçılıq və arıçılıqdır.

Ailəlidir, Dörd övladı var.