İdarəetmə kafedrası

k-1

Kafedra 2007-2008-ci il tədris ilindən fəaliyyət göstərir. İndiyədək universitetdə fəaliyyət göstərən İqtisadiyyat kafedrasının bazasında yaradılmışdır. Kafedranın 21 üzvü vardır. Onlardan 7 nəfəri iqtisad elmləri namizədi dosent; 3 baş müəllim, 5 müəllim; 2 nəfəri baş laborant, 4 nəfəri isə laborantdır. Bundan əlavə kafedrada 0,5 ştatda 5 dosent fəaliyyət göstərir.

 

IMG_20160307_092659

1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) iqtisadiyyat fakültəsini bitirdikdən sonra təyinatla Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili institutuna göndərilmişdir. 1972-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-ci ildən Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti ) əvvəlcə Siyasi iqtisad, sonra isə İqtisadiyyat kafedrasında işləmişdir. 1974-1978-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxumuşdur. 1974-1986-cı illərdə İnstitut Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. 1992-ci ildən 2007-ci ilin sentyabr  ayınadək İqtisadiyyat kafedrasının dosenti vəzifəsində 2007-ci ildən İdarəetmə kafedrasının müdiri vəzifəsində təyin olunub. Hal-hazırda isə İdarəetmə kafedrasının müdiridir.

Z.Q.Abbasov elmi tədqiqat sahəsində də fəaliyyətini səmərəli həyata keçirir. Hər il planlaşdırılmış işini vaxtında yerinə yetirib təhfil verir, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr və metodiki işlər dərc etdirir. Hazırda onun 50 yaxın elmi əsərlərin dərc edilmiş elmi əsərlərin müəllifidir

 

 

Həsənov Arzu Nəcəf oğlu

img_2937

Həsənov Arzu Nəcəf oğlu 08.08.1965-ci il tarixdə Gədəbəy rayonu Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur.

1972-ci ildə Söyüdlü kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Texnologiya İnstitutunun Yeyinti İştehsalının Texnologiyası fakultəsinin “İctimai iaşənin təşkili və texnologiyası” ixtisasına daxil olmuşdur.

1983-1985-ci illərdə SSRİ silahlı qüvvələri sırasında hərbi xidmətdə olmuşdur.

1990-cı ildə ali təhsilini başa vuraraq mühəndis-texnoloq ixtisası almış, 1990-1991-ci illərdə istehsalatda işlədikdən sonra Azərbaycan Texnologiya İnstitutuna işə qəbul olunmuşdur.

1991-1998-ci illərdə laboratoriya müdiri, 1998-2001-ci illərdə baş müəllim, 2001-2005-ci illərdə “İaşə məhsullarının texnologiyası və turizm” kafedrasının müdiri, 2005-2015-ci illərdə “Qida məhsullarının texnologiyası və turizm” fakultəsinin dekanı, 2015-ci ildən “İaşə məhsullarının və istehlak mallarının texnologiyası” kafedrasında dosent vəzifələrində işləyib.

2015-2016-cı tədris ilində Gəncə Dövlət Universiteti “İdarəetmə” kafedrasında əvəzçiliklə dosent, 2016-2017-ci tədris ilindən dosent vəzifəsində işləyir.

1998-ci ildə namizədlik dissertasiyası müdafiə edərək  texnika elmləri namizədi alimlik dərəcəsi, 2001-ci ildə dosent elmi adı almışdır.

29 oktyabr 2016-cı il tarixdə “Regional turizm komplekslərinin inkişaf strategiyasının formalaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

70 elmi əsərin müəllifidir. Onlardan 46-sı doktorluq dissertasiyasının mövzusuna aid məqalələrdir.

Qarabağ müharibəsi iştirakçısı və Qarabağ müharibəsi veteranıdır.

Ailəlidir, iki oğlu var.

 

20151106_121434 (1)

Kafedranın dosenti, Yaşar Mahmud oğlu Abbasov

1972-ci ildə Xalq Təsərrüfatı İnistitutunun “Siyasi İqtisad” ixtisası daxil olub 1977-ci ildə bitirmişdir. 1981-1985-ci illərdə Xalq Təsərrüfatı İnistitutunun aspiranturasını bitirmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetində Siyasi İqtisad ixtisası üzrə müdafiə edib. 1988-ci ildə dos.Y.M.Abbasov Gəncə Dövlət Universitetinin “Siyasi iqtisad” kafedrasında (indiki Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasında) işləməyə başlamışdır.

Dos. Y.M.Abbasov kafedrada tədris metodiki vasitələrin hazırlanmasında fəal iştirak edir. Tədris etdiyi fənlərin proqramlarını hazırlayıb təsdiq etdirmişdir. O, tədris etdiyi fənlərin proqram suallarını, seminar planlarını, testləri vaxtlı-vaxtında hazırlayıb kafedrada istifadə edilməsi üçün təqdim etmişdir.

Y.M.Abbasov kafedra üzvlərinin hazırladığı mühazirə mətnlərinin, proqramların və başqa metodik işlərin, keçirilən açıq dərslərin müzakirələrində fəal iştirak edir, faydalı təkliflər və məsləhətlər verir.

Y.M.Abbasov elmi tədqiqat sahəsində də fəaliyyətini səmərəli həyata keçirir. Hər il planlaşdırılmış işini vaxtında yerinə yetirib təhfil verir, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr və metodiki işlər dərc etdirir. Hazırda onun 50 yaxın elmi əsərlərin dərc edilmiş elmi əsərlərin müəllifidir.

 

Kafedranın dosenti, Fazil İsmayıl oğlu İsmayılov

1987-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) qəbul olunmuş, 1992-ci ildə həmin institutu bitirmişdir.

1995-ci ildən istehsalatın müxtəlif sahələrində mühasib, baş mühasib, baş iqtisadçı vəzifələrində işləmiş, 2005-ci ildən Gəncə Dövlət Universitetində çalışır.

İqtisad elminə olan marağı onun iqtisadi biliklərə daha mükəmməl yiyələnməyə və elmi səviyyəsini artırmağa sövq etmişdir. 2003-cü ildən Azərbaycan Texnologiya universiteti “İnzibati idarəetmə” kafedrasının dissertantıdır.

F.İ.İsmayılov müasir dövrün ən aktual iqtisadi problemlərinə həsr edilmiş “Sosial inkişafın milli problemləri”, “Yeni texnologiyaların iqtisadi sahədə dövlətin roluna təsiri”, “Azərbaycan iqtisadiyyatının yenidən qurulmasında dövlətimizin əsas funksiyaları”, “Azərbaycanda iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsinin bəzi məsələləri” və s. (Gəncə, 2006, 12, 93 ç.v) adlı monoqrafiyanın müəllifidir.  F.İ.İsmayılovun son 5 ildə 20-dən artıq elmi məqalələri çap edilmişdir.

 

20151103_143333

Kafedranın baş müəllimi, German Nurməmmədov oğlu Muxtarov

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Siyasi iqtisad şöbəsinin bitirmiş və H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna təyinat almışdır. O, 1970-1973-cü illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil almış və yenidən Gəncə Dövlət Pedaqoji İnstitutunda siyasi iqtisad müəllimi kimi fəaliyyətə başlamışdır. G.N.Muxtarov hazırda da bu tədris müəssisəsində baş müəllim kimi fəaliyyət göstərir. O, uzun müddətdir ki, iqtisad elminin tədrisi ilə məşğul olur. Baş müəllim G.N.Muxtarov müxtəlif vaxtlarda Daşkənd, Kiyev və Minsk universitetlərinin İctimai fənn müəllimlərinin İxtisasartırma institutlarında ixtisasını yüksəltmişdir.

G.N.Muxtarov TEC-nin işində fəal iştirakına görə Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri Fərmanına layiq görülmüş və Universitet rəhbərliyinin təşəkkürünə layiq görülmüşdür. Həmçinin 2013-cü ildə “Sosial – iqtisadi inkişafin proqnozlaşdırılması”, “Iqtisadi təlimlər tarixi”, “Sosial sferanin iqtisadiyyati və idarə edilməsi” proqramlarını hazırlamışdır.

 

 

?????????????

.

Kafedranın dosenti, İlahə Yunis qızı Şahverdiyeva

1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Standarlaşdırma, Metrologiya və Sertifuktlaşdırma” ixtisasına daxil olub, 1997 – ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən aspiranturaya daxil olub, 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 35 elmi əsərin o, cümlədən 5-i xarici ölkələrdə dərc olunmuşdur. 2007-ci ildə patentləşdirilmiş ixtirası olmuşdur. 1997-ci il Azərbaycan Texnologiya İnistitunun laborant kimi, 1998-ci il stajçı müəllim kimi Gəncə Dövlət Universitetdə fəaliyyətə başlamışdır.

2013-cü ildən İdarəetmə kafedrasında fəaliyyət göstərir. Bu müddətdə o üzünü intizamlı bir müəllim kimi göstərmişdir. Ilahə müəllimə apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. İlahə müəllimə dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir. Seminar məşğələlərinin canlı mübahisəli aparılmasına, ayrı-ayrı məsələlərin Azərbaycanın turizm sektorunda gedən yeniləşmə prosesi ilə əlaqələndirilməsinə çalışır. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir.

 

 

Kafedranın baş müəllimi, Səbuhi İdris oğlu Ramazanov

Gəncə Dövlət Universitetinin iş fəaliyyətinə Universitetin Fəlsəfə kafedrasında başlanmış, İqtisadiyyat və İdarəetmə fakültəsi yaradıldıqdan sonra isə İdarəetmə kafedrasında işləmək üçün tam  ştat vahidi ilə müəllim vəzifəsinə təyin edilmişdir.

Səbuhi müəllim apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edirİşlədiyi müddətdə onun 7 elmi məqaləsi “Bazar iqtisadiyyatının Azərbaycan modeli haqqında düşüncələr”, “Dövlət aqrar sektorun inkişafının maliyyə təminatçısı kimi”, “Qloballaşma iqtisadi tərəqqinin ən mühüm göstəricisidir”, “Dövlətin sosial müdafiə funksiyaları” və s. və keçirilmiş elmi konfranslarda 3 tezisi çap olunmuşdur. Həmçinin 2012 – 2013 cü illərdə “Biznesin əsasları”, “Biznes infrastrukturu”, “Biznesin təşkili və idarə edilməsi”  proqramlarını hazırlamışdır.

 

20160412_143400

Kafedranın baş müəllimi, Rəhmiyyə Ramiz qızı İbrahimova

2000-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadi biliklər” ixtisasına daxil olub, 2004-cü ildə bitirmişdir. 2004-cü ildə İqtisadi nəzəriyyə üzrə magistrlik pilləsinə daxil olub 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. İqtisadiyyat və İdarəetmə fakültəsi yaradıldıqdan sonra isə İdarəetmə kafedrasında işləmək üçün tam  ştat vahidi ilə müəllim vəzifəsinə təyin edilmişdir.

Müəllimlik fəaliyyəti dövründə üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmiş və özünü intizamlı bir müəllim kimi göstərmişdir. Rəmiyyə müəllimə apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir. Həmçinin “Statistika nəzəriyyəsi”, “Sosial-iqtisadi statistika”, “Gömrük işinin təşkili və idarə edilməsi” , “Milli iqtisadiyyatın tənzimlənməsi”, “Kapital və işçi qüvvəsinin miqrasiyası”proqramlarını hazırlamışdır.

İşlədiyi müddətdə onun 28 elmi məqaləsi, keçirilmiş elmi konfranslarda tezisi çap olunmuşdur.  2013-ci ildən İbrahimova Rəhmiyyə  ADAU –da dokturantdır. Xarici dil və fəlsəfədən minimumları vermişdir. Hal-hazırda kafedranın baş müəllimidir, YAP-ın üzvüdür.

 

img_2942

 Gülnarə Sabir qızı Turabova

1996-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olub 2001 – cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2001- ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin  “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olub, 2003-cü ildə bitirmişdir.

Müəllimlik fəaliyyəti dövründə üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmiş və özünü intizamlı bir müəllim kimi göstərmişdir. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir.

2008-ci ildən İdarəetmə kafedrasında işləyir. İşlədiyi müddətdə onun 8 elmi məqaləsi və “Marketinq” proqramı müştərək hazırlayaraq çap olunmuşdur.

 

 

 

                       

1Kafedranın müəllimi, Gülnarə Qoşqar qızı Bağırova Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili pilləsini bitirmişdir. 2007-ci ildən İdarəetmə kafedrasında kabinə müdiri, 2009-cu ildən həmin kafedraya müəllim vəzifəsinə təyin edilmişdir.

Müəllimlik fəaliyyəti dövründə özünü intizamlı bir müəllim kimi göstərmişdir. Gülnarə müəllimə apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir.

İşlədiyi müddətdə onun 5 elmi məqaləsi, keçirilmiş elmi konfranslarda tezisi çap olunmuşdur.

 


20151105_101148

Kafedranın müəllimi, Elnurə Misir qızı Xudaverdiyeva

1997-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olub 2001 – cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2001- ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin  “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olub, 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildən dokturantdır.

Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir. O, Universitetin, fakültənin və kafedranın bütün tədbirlərində fəal iştirak edir.

2011-cu ildən İdarəetmə kafedrasında işləyir. İşlədiyi müddətdə onun 1 elmi məqaləsi çap olunmuşdur. Həmçinin “Beynəlxalq biznes”, “Biznes təhlükəsizliyi”, “İnsan resurslarının idarə edilməsi”  proqramlarını hazırlamışdır.

 

IMG-20151106-WA0002 (1)Kafedranın müəllimi, Abbasov Fuad Zakir oğlu Abbasov

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisad fakültəsinin “Maliyyə və kredit” ixtisasını fərqlənmə Diplomu ilə bitirmiş. Sonra 2005-ci ildə isə “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsi almışdır.

Abbasov Fuad Zakir oğlu 01 mart 2012-ci il tarixdən İdarəetmə kafedrasında müəllim işləyir. Fuad müəllim apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və imtahan  biletlərinin tərtib olunmasında yaxından iştirak edir.

İdarəetmə kafedrasında çalışdığı müddət ərzində 5 elmi məqaləsi dərc olunmuşdur. Dərs apardığı fənlərdən mühazirə mətnləri hazırlayır və tələbələrin istifadəsinə verir. Həmçinin “Bank işi”, “İstehsalın təşkili və idarə edilməsi”, “Beynəlxalq uçot”  proqramlarını hazırlamışdır. 2013-ci ildən Fuad Abbasov dokturantdır.

 

received_503823539799675 (2)

                 

Kafedranın müəllimi, Şəlalə Knyaz qızı Qurbanova

2005-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadi biliklər” ixtisasını daxil olub, 2009-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” ixtisasının magistr pilləsinə daxil olub 2014-cu ildə fərqlənmə diplomla bitirmişdir.

2012 – ci ildən 2014-cü ilə qədər İdarəetmə kafedrasında baş laborant kimi işləyib.

Qurbanova Şəlalə Knyaz qızı 15 sentyabr 2014-ci il tarixdən İdarəetmə kafedrasında müəllim işləyir. Şəlalə müəllim apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və tərtib olunmasında yaxından iştirak edir.

İdarəetmə kafedrasında çalışdığı müddət ərzində 4 elmi məqaləsi dərc olunmuşdur. Dərs apardığı fənlərdən mühazirə mətnləri hazırlayır və tələbələrin istifadəsinə verir. Həmçinin “İşgüzar yazışmalar, İqtisadi hüquq”, “Dövlət Qulluğu”  proqramlarını hazırlamışdır.

 

20151105_155004 (1)

Kafedranın müəllimi, Vəliyeva Azadə Murad qızı

1990-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinin “Mühasibat uçotu və maliyyə üzrə iqtisadçı” ixtisasını bitirmişdir.

Vəliyeva Azadə Murad qızı 15 sentyabr 2014-ci il tarixdən İdarəetmə kafedrasında müəllim işləyir. Azadə müəllim apardığı dərslərə çox ciddi və tələb olunan səviyyədə hazırlaşır və onları tələb olunan səviyyədə aparır. Dərs dediyi fənlərə dair ən yeni ədəbiyyatı əldə edir, onlardakı yenilikləri tədris prosesində tətbiq etməyə səy göstərir, mövzu-təqvim planlarının, proqram suallarının və tərtib olunmasında yaxından iştirak edir.

İdarəetmə kafedrasında çalışdığı müddət ərzində 2 elmi məqaləsi dərc olunmuşdur. Dərs apardığı fənlərdən mühazirə mətnləri hazırlayır və tələbələrin istifadəsinə verir.

img_2939

BABAYEV MƏHƏRRƏM RAMİZ OĞLU

 

Babayev Məhərrəm Ramiz oğlu 22 iyul 1991-ci il tarixində Şəmkir şəhərində anadan olmuşdr. 1998-ci ildə C.Rüstəmov adına orta məktəbdə ibtidai təhsil almağa başlamış 2009 – cu ildə elə həmin məktəbdə orta təhsilimi başa vurmuşdr.

2009 – cu ildə Gəncə Dövlət Universitetinin “Menecment” ixtisası üzrə bakalavr səviyyəsinə daxil olmuşdr. Universitet illərində “ Büdcə ilə bağlı 33 sual” adlı esse yazmış və müsahibədən keçərək elə həmin adda debatda fəal iştirak etmişdir. Əlavə olaraq elmi məqalələrin hazırlanmasında da fəaliştirak etmişdr. Azərbaycaen Respublikası üzrə 21-ci elmi konfarnsda “Təbiətə iqtisadi proseslərin mənfi təsirləri və onların aradan qaldırılması”  adlı məqalə ilə iştirak etmiş və məqalə müsahibədə qəbul edilmişdir.

2013- cü ildə Gəncə Dövlət Universitetinin  “İqtisadiyyatın Hüquqi Tənzimlənməsi” ixtisası üzrə magistr səviyyəsinə daxil olmuşdur. Həmin il təhsilimi donduraraq  hərbi xidmətə getmişdir. 2014- cü ildə hərbi xidməti bitirdikdən sonra magisturaturada oxumağa başlamışdır. Magituraturada oxuyarkən aşağıdakı məqalələri çapa verilmişdir.

  1. Azərbayacan Respublikasında yerli idarəetmə strukturlarının təkminlədirilməsində beynəlxalq təcrübədən səmərəli istifadə
  2. Təbiətə iqtisadiyyatın mənfi təsirləri və onların aradan qaldırılması

3.Əsrin müqaviləsi”nin son 20 ildə sosial – iqtisadi nəticələri

2014- cü ildə “UNIBANK ASC”- nin açıq vakansiya ilə imtahana cəlb edilmişəm. İmtahan və müsahibədən uğurla keçmiş 2014- cü ilin noyabr ayından Kəpəz filialında “Mikro maliyyələşdirmə üzrə mütəxəssis”  vəzifəsindəfəaliyyət başlamışam. 2016- cı ildə magistr təhsilimi başa vurmuş və Unibankdan öz ərizəmlə işdən çıxaraq, Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasında müəllim kimi  işləməyə  başlamışam.

Aşağıdakı fənnlərin proqram və sillabusların müəllifidir.

  1. Layihə menecmenti
  2. İnnovasiya menecmenti
  3. Destinasiya menecmenti

Ailəlidir, bir övladı var.

 

2015-11-05-14-38-58-318

Kafedranın müəllimi, Elnarə Şakir qızı İsmayılova

2004-cü ildə Gəncə Dövlət Universitetinin “İqtisadi biliklər” ixtisasına daxil olub, 2008-ci ildə bitirmişdir. 2010 – cu ildən İdarəetmə kafedrasında işləyir. 2011-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” ixtisasının magistr pilləsinə daxil olub 2014-cu ildə bitirmişdir. 2008-cu ildən İdarəetmə kafedrasında işləyir və kafedranın bütün tədbirlərində fəal iştirak edir. İşlədiyi müddətdə onun 1 neçə elmi məqaləsi çap olunmuşdur.

 

 

 

Kafedranın baş laborantı, Aygün Mahir qızı Məhəmmədi

2003-cü ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olub, 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir, 2007-cü ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasının magistr pilləsinə  daxil olub, 2009-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildən İdarəetmə kafedrasında işləyir və kafedranın bütün tədbirlərində fəal iştirak edir. İşlədiyi müddətdə onun 4 elmi məqaləsi çap olunmuşdur.

 

IMG-20151106-WA0001

Kafedranın laborantı, İlahə Qabil qızı Hacıyeva

2000-ci ildə Azərbaycan Texnologiya Universitetinin “İqtisadiyyat və İdarəetmə” ixtisasına daxil olub 2004 – cü ildə ildə bitirmişdir.  2010-ci ildən İdarəetmə kafedrasında işləyir və kafedranın bütün tədbirlərində fəal iştirak edir.

 

 

 

 

 

20151105_094355

Kafedranın laborantı, Ziba Yaşar qızı Rzayeva

2004-cü ildə Gəncə Dövlət Universitetinin “İqtisadi biliklər” ixtisasına daxil olub, 2008-ci ildə bitirmişdir. 2010 – cu ildən İdarəetmə kafedrasında işləyir və kafedranın bütün tədbirlərində fəal iştirak edir. İşlədiyi müddətdə onun 2 elmi məqaləsi çap olunmuşdur.

Kafedranın laborantı, Vüsalə Məntiq qızı Mehdiyeva

1997- ci ildə Azərbaycan Texnologiya Universitetinin “Standartlaşma və Sertifikasiya” ixtisasına daxil olub 2001-ci ildə bitirmişdir. 2012 – ci ildən İdarəetmə kafedrasında işləyir.