İqtisadiyyat kafedrası

img_3231

img_3232Kafedranın müdiri-Dosent Əhmədov Zakir Talıb oğlu

Əhmədov Zakir Talıb oğlu 1953-cü ilin mart ayının 19- da Tovuz rayonunun Ağdam kəndində anadan olub. 1971- ci ildə Tovuz rayonunun A.S.Puşkin adına orta məktəbi bitirib və həmin ildə Bakı Maliyyə – kredit texnikumunun “Mühasibat uçotu” ixtisasına daxil olub. 1973- ci ildə həmin texnikumu bitirib və təyinatla Rusiya Federasiyasının Perm şəhəri neftayırma zavoduna mühasib kimi işləməyə göndərilmişdir. 1973-1975  – ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1976-cı ildə hazırki Azərbaycan Dövlət İqtisad Universitetinin “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” ixtisasına qəbul olub və 1980 -ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib təyinatla o dövürki Kirovobad şəhər İcraiyyə Komitəsinin  plan  Komissiyasına  iqtisadçı kimi işləməyə göndərilmişdir. 1980 -1983 -cü illərdə orada iqtisadçı kimi çalışıb və 1983-cü ilin sentyabr ayından müsabiqə yolu ilə keçərək indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsində assisent kimi çalışmağa başlamışdır.

1990-cı ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat Elmi Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir və 1996-cı ildən dosent kimi fəaliyyət göstərir.

ADAU- da “Gömrük işi və ekspertizası”, “Aqrobiznesin təşkili və idarə etməsi” kafedralarının müdiri və Aqrar Iqtisadiyyat fakültəsinin dekanı vəzifələrində çalışmışdır.

2015/2016-cı tədris ilində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “İdarəetmə” kafedrasında dosent kimi fəaliyyət göstərmişdir.

Hazırda həmin Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının müdiri vəzifəsini yerinə yetirir.

80- dən çox elmi əsər və məqalənin müəllifidir. 1999-cu ildən YAP-ın üzvüdür.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə Fərqlənməyə görə” fəxri fərmanı ilə təltif edilmişdir.

Evlidir, üç övladı var. Övladların hər üçü ali təhsillidir.

img_2804Dosent Xurşudov Şahin Nadir oğlu

Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şahin Nadir oğlu Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində, bölgədə sayılıb-seçilən ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olmuş, adı çəkilən təhsil müəssisəsində Lenin təqaüdü ilə oxumuş və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1994-2000-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzinin Tovuz rayonundakı Qovlar qəsəbəsində fəaliyyət göstərən qeyri-dövlət Yeyinti Sənayesi İnstitutunda dekan müavini, kafedra müdiri vəzifələrində işləmişdir.

1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda «Aqrar-sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi» mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2001-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifəsində çalışmışdır. 2007-ci ildən Gəncə Dövlət Universitetində işləyir.

Ş.N.Xurşudov işlədiyi müddət ərzində özünün təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, insanlarla rəftarı və davranışı, tapşırılan işə məsuliyyətlə yanaşması və digər müsbət keyfiyyətləri ilə başqalarından seçilmiş, Universitet və şəhər miqyasında keçirilən tədbirlərdə, gənc kadrların hazırlanmasında fəal iştirak etdiyinə görə professor-müəllim heyətinin, tələbə kollektivinin və şəhər ictimaiyyətinin rəğbətini qazanmışdır.

Ş.N.Xurşudov çoxsaylı elmi əsərlərin müəllifidir. O, müxtəlif miqyaslı elmi-nəzəri və elmi-metodiki konfranslarda iştirak edir və müxtəlif səviyyələrdə nəşr olunan elmi jurnallarda müasir dövrün ən aktual problemlərinə həsr edilmiş 44 məqalənin müəllifi, 25,3 ç.v. həcmində «Sosial-iqtisadi statistika» adlı dərs vəsaitinin və «Milli iqtisadiyyat» adlı tədris proqramının həmmüəlliflərindən biridir. Onun çap olunmuş elmi məqalələri içərisində «Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi», «Yeyinti sənaye kompleksində ixrac marketinqinin xüsusiyyətləri», «Bazar iqtisadiyyatı şəraitində məhsulun keyfiyyəti və rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri», «İqtisadiyyatda loqistika sisteminin forma və inkişaf məsələləri», «Azərbaycan Respublikasında investisiya siyasətinin təkmilləşdirilməsi yolları», «Sosial infrastrukturun inkişafında investisiyanın rolu», «Основные пути совершенствование управления логистической системы», «Перспективы создания инновационной системы», «Влияние экономической системы на инновационные отношении»,  «Ərzaq təhlükəsizliyinin təmin olunması problemləri», «İnvestisiya mühitinin formalaşmasına daxili və xarici amillərin təsiri», «Azərbaycan iqtisadiyyatında turizmin rolu», «Aqrobiznes potensialından səmərəli istifadə problemləri», «Aqrobiznes fəaliyyətinə dövlət dəstəyinin əsas istiqamətləri» və başqaları xüsusi yer tutur.

Ş.N.Xurşudov tələbələrin azərbaycançılıq, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, yüksək ixtisaslı, dünyanın qabaqcıl hesab olunan ali məktəblərində hazırlanan kadrlarla rəqabət aparmaq qabiliyyətinə malik olan mütəxəssislərin hazırlanmasında fəal iştirak edir, hazırda doktorantdır və iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün «Aqrobiznesin idarə edilməsinin təkmilləşdirilməsi problemləri» mövzusunda elmi-tədqiqat işi üzərində çalışır.

 

mahir

Dosent MƏMMƏDOV MAHİR  MƏCİD OĞLU

Məmmədov Mahir Məcid oğlu 1956-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Gəncə şəhər 27 saylı orta məktəbi bitirmişdir.

1973-cü ildə indiki Azərbaycan Dövlət İqtisad Universietinin Ümumiqtisad fakültəsinə daxil olmuş və 1978-ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirmişdir.

1978-ci ilin avqust ayından Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabcılıq İnstitutuna işə gondərilmiş və İqtisadi Tədqiqatlar şöbəsində elmi işçi vəzifəsində çalışmağa başlamışdır.

1979-cu ildə Ukraynanın Krım vilayətinin Yalta şəhərində Ümumittifaq Elmi-Tədqiqat Şərabçılıq və Üzümçülük “Maqarac” Institutunun Iqtisadiyyat şöbəsinin məqsədli aspiranturasına qəbul olunmuş və 1983-cü ldə Kiyev şəhərində Elmi-Tədqiqat İqtisadiyyat institutunda “Aqrar-sənaye birliklərinin iqtisadi-təşkilati idarəetmə strukturlarının optimal parametrlərinin əsaslandirilması”movzusunda namizədlik dissertasiyasını mudafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1985-1989-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda baş elmi işçi, İqtisadi informasiya bölməsinin müdiri və instutun elmi katibi və elmi şuranın üzvü olmuşdur.

1989-2006-ci illərdə Azərbaycan Texnologiya Universitetinin dosenti, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

2006-ci ildən Gəncə Dövlət Universitetində fəaliyət gostərərək İqtisadiyyat kafedrasının dosenti və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində işləmişdir.2010-cu ildə təhsil sahəsindəki xidmətlərinə görə  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adına layiq gorülmüşdür.

Dosent M.M.Məmmədov müxtəlif ölkələrdə nəşr olunmuş coxsaylı elmi əsərlərin nüəllifidir. 100 çaq vərəqi həcmində 130-dan artıq məqalə, tədris və metodiki vəsait onun qələmindən çıxmışdır.Dəfələrlə Moskva, Sank-Peterburq, Kazan, Kiyev, Odessa, Nikolayev, Tbilisi, Qroznı, Mahaçqala, Simferopol, Bakı və Gəncə şəhərində keçirilən elmi-nəzəri və elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. Hal-hazırda iqtisad elminin aktual problemlərinə həsr olunmuş elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.

fazil

Dosent Kərimov Fazil Cəmil oğlu

Kərimov Fazil Cəmil oğlu 16.10.1962-ci ild  ə Azərbaycan Respublikası Beyləqan rayonunun Örənqala qəsəbəsində kəndli ailəsində anadan olmuşdur. 1969-cu ildə Örənqala kənd orta məktəbinin I sinfinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 1979-cu ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Beyləqan rayonunun “Komsomolun 50-illiyi” adına sovxozda fəhlə işləmişdir. 1981-ci ilin aprel ayından 1983-cü ilin may ayına kimi Monqolustan Xalq Respublikasında Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1986-ilin sentyabr ayından 1991-ci ilin aprel ayına kimi S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili” fakültəsində təhsil almaqla kənd təsərrüfatı istehsalının təşkilatı iqtisadcısı ixtisasını almışdır.

1991-ci ildən 1996-cı ilə kimi Azərbaycan Elmi-Tədqiqat Kənd təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda Baş mühasib vəzifəsində işləmişdir.

1996-cı ildən 1999-cu ilə kimi Rusiya Federasiyası İdarəetmə və Biznes İnstitutunun Gəncə filialında baş mühasib. 1999-2001- ilə kimi Rusiya Federasiyası İdarəetmə və Biznes İnstitutunun Gəncə filialında “İqtisadiyyat” kafedrasının müdiri işləmişdir.

2001-ci ilin sentyabr ayından 2016-ilin sentyabr ayına kimi Azərbaycan Respublikası Texnologiya Universitetində müəllim(dosent) işləmişdir. 2004-cü ildən 2015-ci ilə kimi Samux rayon Polis şöbəsində 0,5ştat vahidi ilə mühasib vəzifəsində çalışmışdır.

“Yeni Azərbaycan Partiyasının” üzvüdür. 29 iyun 1999-cu ildən iqtisad elmləri namizədi 25 sentyabr 2004-cü ildən “Sənayenin iqtisadiyyatı” kafedrası üzrə dosentdir.Hal-hazırda “Aqrar bazarın formalaşmasının iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

Evlidir. 1 evladı var

2016-cı ilin sentyabr ayından Gəncə Dövlət Universitetində çalışır.

 

?????????????

Məmmədova Vəfa İsa qızı

Məmmədova Vəfa İsa qızı 1973-cü il iyul ayının 21-də Gəncə şəhərində anadan olub.1990-cı ildə Gəncə şəhər 38 saylı orta məktəbi bitirib.Elə həmin ildə də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və 1995-ci ildə Mühasibat uçotu,nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə tam kursu bitirmişdir.Dövlət imtahan komissiyasının 17.06.1995-ci il tarixli qərarı ilə ona Mühasibat uçotu və maliyyə üzrə iqtisadçı ixtisası verilmişdir.Ali təhsilini başa vurduqdan sonra bir müddət Gəncə şəhəri Nizami rayon Gənclər və İdman Təşkilatında mühasib vəzifəsində çalışıb.1997-ci ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinin İqtisadiyyat kafedrasında müəllim vəzifəsində çalışır.İki evlad anasıdır.YAP-n üzvüdür.

 

 

?????????????

.

Qazıyeva Gülsəba Fiqan qızı 1973-cü il mart ayının 17-si Gəncə şəhərində müəllim ailəsində anadan olmuşam.

1980-ci ildə  Gəncə şəhər 16 saylı  orta məktəbin 1-ci sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişəm.

1990-cı ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinin “ Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına daxil olmuşam. 1995-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişəm.

1995-ci il dekabrın 7-də təyinatla Gəncə Təcrübəvi İstixana Kombinatına gələrək əvvəlcə əmək haqqı üzrə iqtisadçı , sonra isə mühasib kimi fəaliyyət göstərmişəm. Müəllimlik sənətinə həvəsimlə əlaqədar 1998-ci il sentyabr  ayının 1-dən Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında müəllim kimi fəaliyyətə başlamışam. Hal hazırda həmin kafedrada baş müəllim işləyirəm.

Azərbaycan Respublikasında  “Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar ali və orta ixtisastəhsili müəssisələrində “Mühasibat uçotu və audit” ixtisası üzrə kadr hazırlığına dair tədbirlər planına əsasən Təhsil nazirliyi və Maliyyə nazirliyinin birgə təşkil etdikləri treyninqlərdə dəfələrlə müvəffəqiyyətlə iştirak etmiş, “ Milli Mühasibat Uçotu Standartlarının Maliyyə Hesabatının  Beynəlxalq Standartlarına ( IFRS) uyğunlaşdırılması istiqamətləri ” üzrə Sertifikat almışdır. Xəzər  Universiteti “ İqtisadi və Biznes Tədqiqatlar və Təhsil Mərkəzinin (İBTTM) “ Büdcə məktəbi ”  layihəsi çərçivəsində Dövlət büdcə, dövlət xərcləri və neft gəlirlərinin iqtisadiyyata təsiri  Sertifikatına , İKT-nin təhsilə tətbiqi üzrə İntel “ Gələcək Üçün Təhsil” Sertifikatına malikdir.

Mənim elmi maraq dairəm sahibkarlığın inkişaf etdirilməsi yönündə məsələlər və elmi-tədqiqat işlərim  “ Dövlətin maliyyə siyasətinin səmərəliliyə təsiri ” mövzusunda olub. “Vençur kapitalı və sahibkarlığın inkişafı”; “Sahibkarlıq fəsaliyyətinin formalaşmasında dövlət nəzarətinin təkmilləşdirilməsi ”; “Milli bazar:reallıq və problemlər”;“Sahibkarlıq fəsaliyyətinin inkişafında vergi sisteminin təkmilləşdirilməsinin zəruriliyi ”; “ Azərbaycanda sahibkarlığın inkişafına dövlət köməyi və qayğısı” ; “ Dövlət büdcəsi-dövlətin iqtisadi siyasətinin reallaşmasının əsası kimi; “ Vergi sisteminin təkmilləşdirilməsi ” və s.  elmi məqalələrim var.

?????????????

.20160330_101249

Quliyeva Vəfa Nizami qızı

Gəncə Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının baş müəllimi Quliyeva Vəfa Nizami qızı Gəncə şəhərində anadan olmuşdur. 1994-cı ildə  Azərbaycan İnşaat Mühəndisləri Universitetinin iqtisadiyyat fakültəsini bitirərək iqtisadçı-mühəndis ixtisasını almışdır.

Əmək fəaliyyətinə Gəncə Avtomobil Zavodunda mühasib vəzifəsində çalışmaqla başlamışdır.  1996-cı ildən S.Ağamalıoğlu adına AzərbaycanKəndTəsərrüfatı Akademiyasının “İqtisadinəzəriiyyə” kafedrasında laborant vəzifəsində, 2001-ci ildən isə müəllim vəzifəsində ışləmışdır. 2003-cü ildən Gəncə Dövlət Universitetinin  “İqtisadiyyat”  kafedrasında çalışır. İKT-nin təhsilə tətbiqi üzrə İntel “ Gələcək Üçün Təhsil” Sertifikatına malikdir. Evlidir. Bir oğlu,  iki qızı var.

 

 

Allahverdiyeva Ziyafət Cəmil qızı

Allahverdiyeva Ziyafət Cəmil qızı 1973-cü  il noyabrayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Gəncə şəhəri  Nizami rayonu 16№-li orta məktəbin 1 sinfinə daxil olmuş və  1990-cı ildə həmin məktəbi fərqlənmə qiymətlərlə bitirmişdir. 1990-cı ildə Gəncə şəhərində AKTA-na  İqtisadiyyat fakültəsinin «Mühasibat uçotu və maliyyə nəzarətinin təşkili» ixtisasına daxil olmuş və  1995-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.

1999-cu ildə Gəncə şəhərində Azərbaycan Pedaqoji İnstitutunun İqtisadiyyat kafedrasına laborant vəzifəsinə daxil olmuşdur. Həmin ildə kafedranınkabinə müdiri vəzifəsinə keçirilmişdir. Bu vəzifədə çalışdığı müddətdə kafedrada saat hesabı  seminar məşğələləri aparmışdır. 2003-cü ildə İqtisadiyyat kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə baş müəllim vəzifəsinə keçirilmişdir.  Hal-hazırda Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında baş müəllim vəzifəsində çalışır. Ailəlidir. 3 evladı var. YAP-ın üzvüdür.

20160330_145648

Əlizadə Könül Əsgər qızı 26 sentyabr 1975-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1982-ci ildə Gəncə şəhər    4 saylı orta  məktəbinə daxil olmuş və 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1995-ci ildə Əlizadə Könül Əsgər qızı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olunmuş və Ümumi iqtisadiyyat fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasının bakalavr pilləsin ibitirmiş. Sonra ,o, 2007-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat istiqaməti üzrə “İqtisadi nəzəriyyə” ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini almışdır. 1996-cı ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında böyük laborant vəzifəsində çalışmışdır. O, hər il  saat hesabı ilə dərs aparmış, habelə Universitetin ElmiŞurasının qərarı ilə rus dilində mühazirələr də aparmışdır. Hal-hazırda,o, İqtisadiyyat kafedrasının müəllimidir.8 elmi məqalənin müəllifidir. Əlizadə Könül Əsgər qızı rus və ingilis dillərini yaxşı bilir və kompyüterdə işləyir. O, YAP-ınüzvüdür.