FAKÜLTƏ DEKANI SEÇKİSİ

Iqisadiyyat və idarəetmə fakültəsində dekan seçkisi keçirildi. Seçki Humanitar məsələlər üzrə prorektor dosent Fətəliyeva Gülsüm İsa qızının sədrliyi ilə reallaşdırılmışdır. Seçki fakültə kollektivi arasında gizli səs vermə yolu ilə keçirildi. Səs vermənin nəticəsinə əsasən Fakültə dekanı DOSENT Ş.N.XURŞUDOV seçildi. Onu da qeyd edək ki, iqtisadiyyat və idarəetmə fakültəsi inkişafının ən yüksək səviyyəsinə DOSENT Ş.N.XURŞUDOVun əvvəlki dekanlığı dövrünə təsadüf edir. Biz inanırıq ki, fakültəmiz Şahin müəllimin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir.  Bizə fakültənin müəllim və tələbə kollektivi adından dekanımızı təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir