FAKÜLTƏNİN TƏBRİKİ

UNİVERSİTETİN TARİXİ
Azərbaycan Xalq Komissarları Sovetinin qərarına əsasən, 1938-ci il aprel ayının 14-də Gəncə şəhərində Nadejda Krupskaya adına 2 illik Müəllimlər İnstitutun əsası qoyulmuşdur. 1939-cu ildə İnstitutun ilk iki ixtisası Təbiət və Fizika-riyaziyyat ixtisasları fəaliyyət göstərmiş, daha sonra isə iki şöbə Tarix, Azərbaycan dili və ədəbiyyat şöbələri də fəaliyyətə başlamışdır. 01 sentyabr 1943-cü ildən etibarən 2 illik Müəllimlər İnstitutu ləğv olunur, həmin təhsil ocağı yenidən qurularaq onun bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu yaradılır. 1943-cü ildə İnstitut görkəmli maarifçi, 1875-ci ildə ilk qəzetin banisi Həsən Bəy Zərdabinin şərəfinə onun adı ilə adlandırılmışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən İnstitutun profili genişləndirilmiş və Gəncə Dövlət Universiteti adlandırılmışdır.

Bizdə İqtisadiyyat və idarəetmə kafedrasının kollektivi adından bütün GDU əməkdaşları təbrik edirik. Uğurlarımız bol olsun
REKTORUN MÜRACİƏTİ

REKTORUN MÜRACİƏTİ
Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yardıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır.
1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir.
Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 80 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.

Professor Yusif Yusibov

Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yardıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır. 1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir. Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 80 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.
Professor Yusif Yusibov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir