Vergi nümayəndələrinin tələbələrlə görüşü keçirilib…

25.04.2018-ci il tarixdə GDU-nun iclas zalında İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbə kollektivinin iştirakı ilə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən vergilər sahəsində biliklərin artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri Rektorun Baş müşaviri Asif Cavadov vergilərin əhəmiyyəti və bu sahədə tələbələrin biliklərin artırılmasının zəruriliyi barədə nitq söyləməklə açıq elan etdi. Sonra 12 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin vəzifəli şəxsləri Vergilər Nazirliyinin strukturu, vergi borclarının alınması, operativ vergi nəzarəti tədbirləri, səyyar vergi yoxlamaları və vergilər sahəsindəki digər yeniliklər barədə məruzələr etdilər. Görüşün sonunda tələbələrin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir