“700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası

Gəncə şəhərində “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına başlanılıb.

Aksiyada Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Xanlar Fətiyev, YAP Gəncə şəhər təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları iştirak ediblər . Eyin zamanda aksiyada Gəncə dövlət Universitetinin kollektividə aktiv iştirak etdi.

Aksiya üzvləri kampaniya çərçivəsində Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 şişburun xurma ağacı əkiblər.

Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Gəncədə yaşıllığın genişləndirilməsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə keçirilən aksiya aprel ayının sonuna qədər davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir