Payız imtahan sessiyası yekunlaşdı

İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri payız imtahan sessiyasını uğurla yekunlaşdırdı. Qeyd edək ki, imtahan sessiyası ərəfəsində tələbələrlə imtahandan əvvəl məsələhət saatları keçirilmiş və tələbələrin sualları yerindəcə izah edilmişdir. Sessiya ərzində “Açıq qapı” günü təşkil edilmişdir. “Açıq qapı” günündə Fakültə tələbələrinin valideynləri iştirak edərək imtahanın gedişatı ilə tanış olmuş və imtahanın şəffaf keçirildiyini bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir