İNTELLEKTUAL YARIŞ

6 dekabr tarixində İqtisadiyyat və İdarəetmə fakültəsinin I kurs ixtisaslarından 24 nəfər tələbənin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş İntellektual oyun” keçirilmişdir. Tədbiri çıxış sözü ilə İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Xurşudov Şahin məllim açıq elan edərəl tələbələrə uğurlar arzuladı. Yarışın təşkilatçısı və aparıcısı Həsənov Alı tələbələrə yarışma haqqında və yarışmanın formatını izah etdikdən sonra intellektual oyunun suallarını səsləndirmişdir. Yarış 2 turdan və Final mərhələsindən ibarət olmuşdur. Yarışda hər ixtisasdan 3 nəfər tələbə iştirak edirdi və hər bir tələbə fərdi halda qalib olmaq üçün mübarizə aparmışlar. Ümumilikdə yarışmada ən yüksək nəticə göstərən 5 nəfər tələbə Fəxri Fərmanla mükafatlandırılmışdır. Həmin tələbələrin adını qeyd edirik.

I yer: Sərkərov Urfan (İqtisadiyyat I1), II yer: Qəmbərov Eldəniz (Menecment I), III yer: Mirzəyev Sərdar (Maliyyə I), IV yer: Şəkiliyev Elman (İqtisadiyyat I1), V yer: Abasova Şanisə (Turizm və Otelçilik I)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir