“Buraxılış işlərinin müdafiəsi” -keçirildi

29 iyun 2017-ci il tarixində İqtisadiyyat və İdarəetmə fakültəsində İqtisadiyyat, Mühasibat uçotu və audit və Turizm və Otelçilik ixtisasları üzrə IV kurs tələbələrinin “Buraxılış işlərinin müdafiəsi” təşkil olunmuş və keçirilmişdir. İqtisadiyyat, Mühasibat uçotu və audit ixtisasları üzrə müdafiə komissiyasının sədri Dos. Zərbəliyev Cəmaləddin Camo oğlu, Turizm və Otelçilik ixtisası üzrə isə – Dos. İsgəndərov Fərman Alıisgəndər oğlu olmuşdur. Onlardan başqa müdafiədə İqtisadiyyat kafedrasının dosentləri Z. Əhmədov, F. Kərimov, M. Məmmədov; İdarə etmə kafedrasının dosentləri Z. Abbasov, İ. Şahverdiyeva və B.m. N. Qurbanov iştirak etmişlər. Müdafiədə sənədlərin tərtibi üzrə məsul şəxs E. Qədimovada iştirak edirdi. İqtisadiyyat ixtisası üzrə – 6 nəfər, Mühasibat uçotu və audit ixtisası üzrə – 5 nəfər və Turizm və Otelçilik ixtisası üzrə – 2 nəfər müvəffəqiyyətlə buraxılış işlərini müdafiə etdilər. Yekunda həmin tələbələri fakültənin dekanı Dos. Ş. Xurşudov təbrik etdi və onlara uğurlar arzuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir