Korpusda Məzun Günü keçirildi…

19 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin IV tədris korpusunun həyətində İqtisadiyyat və İdarəetmə fakültəsi və Filalogiya fakültələrinin istedadlı tələbələrinin iştirakı ilə Buraxılış kurslar üçün “Məzun günü” keçirilmişdir. Tədbirdə Humanitar məsələlər üzrə Prorektor Dos. Gülsüm xanım Fətəliyeva, Filalogiya faküləsinin dekanı Professor Mübariz Yusibov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Dos. İqtisadiyyat Elmləri üzrə Fəlsəfə Doktoru Şahin Xurşudov, hər iki fakültənin kafedra müdirləri, müəllim və tələbə kollektivi iştirak etmişlər. Tədbiri çıxış sözü ilə çıxış edən Gülsüm xanım Fətəliyeva Məzunları təbrik edib və onlara gələcək həyat və fəaliyyətlərində ugurlar arzulayıb. Daha sonra Mübariz Yusibov və Şahin Xurşudov çıxış edərək məzunlara ürək sözlərini çatdırıblar. Məllimlərin çıxışından sonra tələbələrin hazırladıqları konsert proqramına tamaşa edilib. Tədbirdə Müəllim və tələbələr əyləncəli dəqiqələr yaşayıblar. Konsert proqramında müxtəlif şeirlər, mahnılar, rəqslər və səhnəciklər nümayiş olunub. Layihənin idea müəllifi Həsənov Alı, Təşkilatçıları isə İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Həsənov Alı və Filalogiya fakültəsinin tələbəsi Məmmədova Leyla olmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir