Fakültədə Çempionatın 2-ci turu keçirildi…

12 may 2017-ci il tarixində İqtisadiyyat və İdarəetmə fakültəsində həyata keçirilən Çempionatın 2-ci həftəsi (seçim turu) keçirilmişdir. Yarışda II kurs ixtisaslardan 5 komanda mübarizə apararaq yüksək nəticə göstərən 3 komanda finala vəsiqə qazanmışlar. Yarış iştirakçılarına Dünya görüşü və məntiqə aid suallardan ibarət 24 sual verildi. Finala keçən komandalar isə İqtisadiyyat 1, İqtisadiyyat 2 və Biznesin idarə edilməsi komandaları oldu. Növbəti həftə keçiriləcək final oyununda 6 komanda mübarizə aparacaq və Çempionatın qalibləri müəyyən olunacaq. Finalda oynayacaq 6 komanda aşağıdakılardır: I kurs komandaları – Biznesin idarə edilməsi, Dövlət və Bələdiyyə idarəetməsi və İqtisadiyyat 1 və II kurs komandaları – İqtisadiyyat 1, İqtisadiyyat 2 və Biznesin idarə edilməsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir