İntellektual oyun keçirildi…

8 may 2017-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin 94 illiyinə həsr edilmiş İntellektual yarış keçirilmişdir. Tədbiri çıxış sözü ilə İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Dos. Xurşudov Şahin  açıq elan edərək tədbirin mahiyyəti və önəmi haqda məlumat vermişdir. Ulu Öndər Heydər Əliyevin təhsilə verdiyi qiymətdən söhbət apararaq yarışda iştirak edən komandalara uğur və yüksək nailiyyət qazanmağı söyləmişdir. Yarışda 5 nəfərlik I kurs komandaları mübarizə aparırdılar. Suallar Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinə, II Dünya Müharibəsinə və Azərbaycan Respublikasının Tarixi və Coğrafiyasına aid idi. Yarışda Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasının I kurs tələbələri 1, Menecment ixtisasının I kurs tələbələri isə 2-ci yerə layiq görüldülər.

İntellektual oyun fakültə YAP Gənclər Birliyi və fakültə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

 

1 comment on “İntellektual oyun keçirildi…”

  1. Fuad Inqilabli Cavabla

    Maraqlı muberize alındı bu gun. Dovlet ve belediyye idaretmesi komandasini ve oz komandamiz olan Menecmenti tebrik edirem her iki komanda layiqli mubarize ile yadda qaldı….Buna gore her iki komandaya tewekkur edirem….Yariwin tewkilatcilari da var olsunlar ki bele yariwlar heyata kecirirler..Bawda dekanimiz Wahin Xurwudova fakulte sedrimiz Ali Hesenova bu gunku eylence dolu deqiqelerimize gore xususi bir minnetdarliq duwur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir