Fakültədə Çempionata start verildi…

İqtisadiyyat və İdarəetmə fakültəsində 3 həftə davam edəcək Çempionata start verildi. Çempionatın ilk seçim turu 6 may 2017-ci il tarixdə keçirildi. Tədbiri çıxış sözü ilə İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Dos. Xurşudov Şahin açıq elan edərək İntellektual oyunda tələbələrin iştirakının onların intellektual qabiliyyətinin artırılmasına müsbət təsir göstərdiyini söyləmişdir. Çempionatın ideya müəllifləri Biznesin idarə edilməsi ixtisası II kurs tələbəsi İsmayılov Nurlan, Menecment ixtisası II kurs tələbəsi Əhmədov Emin və Çempionatın təşkilatçısı Həsənov Alı çıxış edərək yarış haqda ətraflı məlumat vermişlər. İntellektual oyunda ilk 2 həftə seçim turu keçiriləcəyi və 3-cü həftə isə Çempionatın (İntellektual oyunun) final mərhələsində 3 yüksək nəticə göstərən komandanın mükafatlandırılacağını söyləmişlər. Yarışda I və II kurs ixtisaslarından 14 komanda mübarizə apararaq 6 komanda finala vəsiqə qazanacaqdır. Çempionatın sualları isə dünya görüşü və məntiqə aiddir. İlk seçim turunda fakültənin I kurs ixtisaslarından komandalar yarışaraq 3 komanda finala vəsiqə qazandı. Finala vəsiqə qazanan ilk 3 komanda Biznesin idarə edilməsi, Dövlət və Bələdiyyə idarəetməsi və İqtisadiyyat 1 ixtisaslarıdır.

1 comment on “Fakültədə Çempionata start verildi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir