Şəhidlərimiz unudulmur…

10.04.2017-ci il tarixdə Aprel döyüşləri zamanı şəhid olmuş qəhramanlarımızın xatirəsi bir daha anıldı…

Aprel Döyüşlərinə həsr edilmiş tədbirin

Ssenarisi:

  1. Salam hörmətli tədbir iştirakçıları. Fakültəmiz adından “Aprel hadisələri” günü münasibətilə hər birinizə baş sağlığı verir və eyni zamanda bu hadisələrdə əldə etdiyimiz uğurlara görə qələbə sevincimizi sizlərlə bölüşür və Azərbaycan Respublikasının Milli Ordusu ilə qürur duyuruq. Tədbirimizi Azərbaycan Respublikasının Hərbi Himni ilə açıq elan edirik.          Himn səslənir…

Aprel Döyüşləri zamanı şəhid olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir soydaşımızın ruhunu 1 dəqiqəlik sükutla yad edək.

  1. Çıxış üçün söz verilir Universitetimizin Humanitar Məsələlər üzrə prorektoru Dos. Gülsüm xanım Fətəliyevaya.

İndi isə çıxış üçün söz verilir İqtisad elmləri üzrə Fəlsəfə Doktoru, fakultəmizin dekanı Dos. Xurşudov Şahin müəllimə.

Çıxış üçün söz verilir İqtisadiyyat Kafedrasının müdiri Dos. Əhmədov Zakir müəllimə.

Çıxış üçün söz verilir keçmiş müharibə döyüşçüsü İdarəetmə kafedrasının müəllimi Dos. Həsənov Arzu müəllimə.

… Çıxışlar üçün təşəkkür edirik…

  1. Aprel Döyüşləri zamanı xalqımızı və əsgərlərimizi ruhlandırmaq üçün neçə-neçə şeirlər yazılmışdır. İndi isə “Qurban olum Azərbaycan” şeiri ilə çıxış edir Menecment ixtisası I kurs tələbəsi İnqilablı Fuad.
  2. Aprel hadisələri Azərbaycan xalqının Həmrəyliyini, Birliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi. Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu. Onların Vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncələrinin şahidi olduq. Aprel döyüşləri zamanı Cəbhə bölgəsində vəziyyət gərgin idi. Əsgər və Zabitlərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canları bahasına düşmənlə vuruşurdular. Aprel döyüşlərində neçə-neçə əsgər və zabitlərimiz şəhid oldu, onlardan biridə əslən Kəlbəcərli olan və 1983-cü ildə Tərtər rayonunda dünyaya göz açan İnqilab Çingiz oğlu Quliyev idi. Kapitan İnqilab Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Lələtəpə yüksəkliyinin azad edilməsində öz şirin canını Vətən uğrunda şəhid verib. Bu gün bu tədbirimizdə şəhid Kapitanımız İnqilab Quliyevin atası Quliyev Çingiz Əyyam oğlu iştirak edir. Və çıxış üçün sözü veririk Quliyev Çingiz məllimə…
  3. İndi sizlərə İnqilab Quliyevin əziz xatirəsinə həsr etdiyimiz Video-çarxı təqdim edirik.
  4. İndi gitarda “Cənab Leytenant” mahnısı ilə çıxış edir Turizm və Otelçilik ixtisası III kurs tələbəsi Seyidli Qurban.
  5. Aprel hadisələri zamanı elə gənclərimiz oldu ki, bu xəbəri eşidəndən sonra könüllü olaraq cəbhəyə yola düşdülər. Onlar öz canını Vətən uğrunda fəda etməyə hazır olduqlarını sübut etdilər. Aprel döyüşlərində Könüllü şəhid olmuş gənclərimizdən biridə Əsədli Fərman Elçin oğlu idi. İndi səhnəyə Aprel Döyüşlərinin Könüllü Şəhidi Əsədli Fərman Elçin oğlu haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan Azərbaycan Müəllimi qazetinin 18 mart 2017-ci il buraxılışında dərc olunmuş məqaləni nəzərinizə çatdırmaq üçün İqtisadiyyat ixtisası I kurs tələbəsi Babayeva Vüsaləni dəvət edirik.
  6. İndi sözü veririk Aprel Döyüşlərinin Könüllü Şəhidi Əsədli Fərmanın atası Elçin məllimə.
  7. Şəhidimiz Əsədli Fərman Elçin oğlu haqda hazırlanmış video-çarxı izləyək.
  8. İndi sizləri Səməd Vurğunun “Vaqif” dramından – “Vaqiflə Qacarın görüşü” səhnəsini izləməyə dəvət edirik.

Rollarda: Şah Qacar rolunda – Cəfərov Həsən

Turizm və Otelçilik ixtisası II kurs tələbələri

Vaqif rolunda – Ələsgərov Kərəm

Vəzir rolunda – Pənahov Natiq

Cəngavərlər rolunda – Tağıyev Nəcəf və Mehtiyev Eldar

  1. Kamançada ritmik muğam “Qarabağ şikəstəsi” ilə çıxış edir Turizm və Otelçilik ixtisası I kurs tələbəsi Qurbanov Müzəffər.
  2. İndi sözü veririk İnqilab Quliyevin bacısı Lamiyə Quliyevaya.
  3. İndi sözü veririk Fərman Əsədlinin bibisi
  4. Öz hazırladığı “Şəhidlər” şeiri ilə çıxış edir Menecment ixtisası I kurs tələbəsi İsmayılova Birgül.
  5. Fərman Əsədlinin Tələbə yoldaşına söz veririk.
  6. Fərman Əsədlinin Əsgər yoldaşına söz veririk.
  7. Aprel Döyüşləri haqqında çıxış etmək üçün söz verilir Dövlət və Bələdiyyə ixtisası III kurs tələbəsi Qurbanova Aytac.
  8. İndi sizə Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin xatirəsinə hazırladığımız video-çarxı təqdim edirik.
  9. Çıxış üçün söz verilir Dil və ədəbiyyat müəllimliyi II kurs tələbəsi Şəhla Qəribovaya.
  10. İndi sözü veririk Fakültəmizin Turizm və Otelçilik ixtisası III kurs tələbəsi Həsənov Alıya.

Lələtəpədə Azərbaycan bayrağının asılması anının videosu.

  1. Sonda isə gitarda “Şəhid Arzuları” mahnısı ilə çıxış edir Turizm və Otelçilik ixtisası III kurs tələbəsi Seyidli Qurban.

1 comment on “Şəhidlərimiz unudulmur…”

  1. Fuad Inqilabli Cavabla

    Allah rehmet elesin butun wehidlerimize
    Yaxinlarina sebir temkin versin.Bu gun ki tedbrin yuksek seviyyeli tewkiline gore Iqtisadiyyat fakultesine tewekkur edirem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir