Dosent Əli Allahverdiyev gənc kadrlarımıza stimul verən mühazirə dərsi keçdi…

30.03.2017-ci il tarixdə İdarəetmə kafedrasının dosenti Əli Allahverdiyev Menecment və Dövlət və bələdiyyə ixtisaslarının II kursunda Menecment fənnindən “ Kommunikasiya” mövzusunda  mühazirə keçmişdir.Mühazirədə menecmentdə əsas əlaqələndirici proses olan kommunikasiyanın mahiyyəti və təşkilatın səmərəli idarə edilməsində onun rolu şərh edilmiş kommunikasiya prosesi əsas elementlər və mərhələlər üzrə təhlil edilmişdir. Bundan başqa təşkilatda adamlar arası kommunikasiyalarda tez-tez rast gəlinən əsas maniələr təsnifatlaşdırılmış və onların aradan qaldırılması üçün tövsiyyələr verilmişdir. Bundan əlavə təşkilatda informasiya mübadiləsinin təkmilləşdirilməsi üsulları izah edilmiş və bu sahədə, təşkilatların menecment  praktikasında rast gəlinən əsas problemlər şərh edilmiş və onların aradan qaldırılması yolları izah edilmişdir. Mühazirədə digər ixtisaslardan tələbələr və gənc müəllimlər iştirak etmişdir.Qeyd edək ki, Əli müəllimin dərslərində gənc kadrların iştirakı artıq ənənə halını almışdır və bu onların pedaqoji fəaliyyətinə olduqca müsbət təsir göstərir.

1 comment on “Dosent Əli Allahverdiyev gənc kadrlarımıza stimul verən mühazirə dərsi keçdi…”

  1. Fuad Inqilabli Cavabla

    Ugurlarimiz bol olsun her zaman.Çaliwacagiq ki Fakultemizi daha yaxwı temsil edek.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir