Su Çərşənbəniz Mübarək!

1393309624_362fb338ec20435dd9116d94aa514ebc

Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci – su çərşənbəsidir. Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər

 

 

 

Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur  Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

images

 

Su çərşənbəniz mübarək! İşləriniz su kimi axarlı olsun, bütüüüüüünn problemlərinizi, kədərinizi qəminizi su yuyub aparsin. Özü ilə ancaq gözəl və sevincli günlər gətirsin. Ümidləriniz çiçəklənsin, gerçək olsun. Amin!

1361002035_picture98332

1 comment on “Su Çərşənbəniz Mübarək!”

  1. Anar_Zamanov Cavabla

    Sizinlə bahəm,bütün Gəncə Dövlət Universiteti müəllim və işçi kollektivini təbrik edirəm. ♥♡♥
    İqtisadiyyat 2-ci kurs tələbəsi, Zamanov Anar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir