Dosent Mahir Məmmədovun açıq dərsi

Dosent Mahir Məmmədovun İqtisadiyyat ixtisasının II kurs tələbələrinə  Müəssisə(firma) iqtisadiyyatı fənnindən ” Müəssisənin maliyyəsi ” mövzusunda açıq dərsi keçirilmişdir.Açıq dərsdə fakültə dekanı Ş.N.Xurşudov, dosent Ü.Əfəndiyev,İqtisadiyyat kafedrasının müdiri dosent Z.T.Əhmədov, b/m G.F.Qazıyeva, b/m Z.C.Allahverdiyeva, müəllim G.Tağıyeva və başqaları iştirak etmişlər. Dərs vaxtında başladı .Tələbələrin dərsə davamiyyət göstəricisi 100% idi. Mövzunun əsas hədəfləri  müəssisənin maliyyə resursları, müəssisənin satış pulu(mədaxili), gəliri və mənfəəti, mənfəətin planlaşdırılması və bölüşdürülməsi, rentabellik və onun növləri, müəssisənin vergiləri, büdcəyə və büdcədənkənar fondlara ödənişləri məsələləri idi.Əvvəlcə mövzu keçmiş mövzu ilə əlaqələndirildi.Daha sonra planlar ardıcıl olaraq,misallar əsasında, səlist bir formada izah edildi.Elektron vasitələrdən istifadə dərsin keyfiyyətini artırırdı.Dərs vaxtından düzgün və səmərəli istifadə olundu.Dərsın tərtibatında geniş ədəbiyyatlardan, qanunvericilik aktlarından istifadə edilmişdir. Keçirilmiş açıq dərs əla qiymətləndirildi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir