Kateqoriya Arxivləri: Kateqoriyasız

UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib

UEFA Avropa Liqasının kuboku Gəncə şəhərinə gətirilib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, bu münasibətlə şəhərin mərkəzi meydanında təntənəli tədbir təşkil edilib. Burada sakinlər və tədbir iştirakçılarının xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə bilmələri üçün imkan yaradılıb. Eyni zamanda, gəncəlilər və şəhərin qonaqları əyləncəli konsert proqramını izləyib, həmçinin Bakıda keçiriləcək final oyununa bilet və […]

Davamı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin tanıtım seminarı

Gəncə Dövlət Universitetində 2- ci tədris binasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən tanıtım tədbiri keçirildi. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri aktiv iştirak etmişdirlər. Mərkəzi haqqında qısa məlumat Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi xalqımızın ulu öndəri Heydər Əliyevin 2001-ci il 19 iyul tarixdə imzaladığı  «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» […]

Davamı

AĞACƏKMƏ AKSİYASI

Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. “Report”un yerli bürosunun məlumatına görə, aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə və təşkilatların kollektivləri, tələbə-gənclər, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri yaxından iştirak edib. Nizami Gəncəvi Məqbərəsinin ətrafı və şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada gün ərzində 9600 ağac və gül kolu əkilib. Əkilən ağaclar Gəncənin […]

Davamı

10 May – ÜMUMMİLLİ LİDER Heydər Əliyevin doğum günüdür!

     Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. Heydər Əliyev gəncliyində Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi […]

Davamı

Qələbə günü

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil […]

Davamı

BENƏLXALQ ELMİ KONFRANS

Gəncə Dövlət Universitetində Beynəlxalq Elmi Konfrans keçirilidi. Elmi konfransda İqtisadiyyat bölməsi üzrə də mövzu yeri ayrılmışıdı. Beləki, Konfrans iştirakçıları ” MÜASİR TƏBİƏT ELMLƏRİ VƏ İQTİSAD ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusu ətrafında məqalələrlə iştirak edirdilər.  Konfransın açılışı Gəncə Dövlət Universitetinin 5 Ci tədris binasında keçirildi. Sonra bölmələr üzrə ayrılmış zallarda çıxışlar dinlənildi.

Davamı

NARKOMANİYAYA QARŞI MÜBARİZƏ TƏDBİRİNDƏN

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bu fikirlər Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən konfransda səsləndirilib. Konfransdan öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib. Konfransı açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm […]

Davamı